Bakıda kütləvi dava: İki nəfər öldürüldü

 Bakıda kütləvi dava: İki nəfər öldürüldü

Bakıda kütləvi davada bıçaqlanan daha bir nəfər həyatını itirib.

Asayis.Az xəbər verir ki, Nizami Rayon Prokurorluğunun verdiyi məlumata görə, fevralın 11-i saat 02 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmanın gedişində altı nəfərin Keşlə qəsəbəsində mübahisə etməsi və mübahisə zamanı orada olan Rauf Hüseynov və Ramin İsayev tərəfindən bıçaqla xəsarət yetirilməsi nəticəsində İlkin Rzayevin hadisə yerində, Xəyal Rəhimovun isə xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə cinayət işi başlanılıb.

İş üzrə dörd nəfər şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

08:30

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini əvvəllər məhkum olunan, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimova və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib.

İ.Rzayev hadisə yerində ölüb, X.Rəhimov isə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

11:44 - 11 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin