Zəlzələdə həlak olan azərbaycanlıların sayı 5-ə çatdı

 Zəlzələdə həlak olan azərbaycanlıların sayı 5-ə çatdı

Bu günə qədər 5 nəfər Azərbaycan Respublikası vətəndaşı Türkiyədə baş verən zəlzələdə həlak olub. Asayis.Az xəbər verir ki, bu, XİN-in Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların təxliyəsi və həlak olmuş Azərbaycan Respublikası vətəndaşları barədə mətbuat məlumatında qeyd edilib.

Bildirilib ki, 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızının vəfatı barədə məlumat əldə olunub. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək. Digər 4 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!

11:22 - 11 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin