"Həyatın şilləsini yedim" - Kırmızıgül

Türkiyəli müğənni Mahsun Kırmızıgül də həmkarı Haluk Leventin rəhbəri olduğu "Ahbap" dərnəyi ilə birgə xilasetmə işlərinə qoşulub. 

Asayis.Az xəbər verir ki, Adıyamanda olan Mahsun şahid olduqlarından sarsıldığını bildirib.

"Adıyamanda xalq gecəni küçədə keçirir. Minlərcə insan yaxınlarından bir səs, xəbər gözləyir. Çox duyğusal səhnələr, filmlər çəkdiyimi hesab edirdim. Halbuki içim elə ürpərdi ki, məni belə yıxan tragediya ilə qarşılaşmamışdım. İnanın ki, həyatın şilləsini yedim.

Zəlzələnin mərkəzində insanların hələ də yaxınlarının sağ çıxması ehtimalı, ümidi var. Bu, qaranlıqda iynə deşiyindəki işığa bənzəyir. Sarsılıram, qorxuram. Sözün tam bitdiyi yerdəyik. Amma hər şeyə rəğmən ümidimizi itirməyəcəyik" deyə, Kırmızıgül qeyd edib. 

17:39 - 10 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin