"Fırıldaqçı blogerlər bundan da istifadə edəcək" - VİDEO

Müğənni Nadir Qafarzadə fırıldaqçı blogerlərlə bağlı xəbərdarlıq edib.

Asayis.Az xəbər verir ki, sənətçi sosial şəbəkədə video paylaşaraq Türkiyəyə yardım göndərmək istəyənlərə müraciət ünvanlayıb:

"Bəzi fırıldaqçı blogerlər bundan da istifadə edib pul qazanmaq üçün sizə müraciətlər edəcəklər. Bu, müharibə və pandemiya zamanı da olmuşdu. Bəzi fırıldaqçılar var, bağını dəyişəcək, yeni maşın alacaq və pulları mənimsəyəcəklər. Gözdən pərdə asmaq üçün az faizini köçürürlər. Yardımlarınızı elə yerə edin ki, əziyyətiniz hədər getməsin, Türkiyəyə çatsın".

https://ok.ru/video/5735363250795

17:08 - 10 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin