Bakıda böyük əməliyyat: avtomat satan, oğrular tutuldu - VİDEO

 Bakıda böyük əməliyyat: avtomat satan, oğrular tutuldu - VİDEO

Bakının Sabunçu rayonunda keçirilən əməliyyatlar zamanı 7 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Asayis.Az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı, Sabunçu və Ramana qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq silah-sursat saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Əməliyyatlar zamanı  Azər Abbasov, Dadaş Dadaşov, Eldəniz Qəhrəmanov və Ramiz Təhməzov saxlanılıblar. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 5 kiloqrama yaxın heroin aşkar edilib. Aparılan araşdırmalar zamanı bu şəxslərin hər birinin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşları ilə əlbir olduqları müəyyən edilib. Saxlanılanların onlara pul müqabilində edilən narkokuryerlik təklifi ilə razılaşdıqları müəyyən edilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəx dəs saxlanılıb. Polisə Sahib Mehdiyevdə odlu silah olması və satmaq istəməsi barədə əməliyyat məlumat daxil olub. Keçirilən tədbir nəticəsində həmin şəxs qısa zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı Sabunçu rayonunda 10-a yaxın evdən oğurluq edən Babək Məmmədov və Telman Əliyev də saxlanılıb. Bu şəxslərin mənzillərdən təmir-tikinti və  məişət əşyaları oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bakıda BÖYÜK ƏMƏLİYYAT:  avtomat satan, oğrular tutuldu - VİDEO Bakıda BÖYÜK ƏMƏLİYYAT:  avtomat satan, oğrular tutuldu - VİDEO Bakıda BÖYÜK ƏMƏLİYYAT:  avtomat satan, oğrular tutuldu - VİDEO

https://www.youtube.com/watch?v=cr38USHQyQY

15:11 - 10 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin