"İş adamlarının puluyla özünü xeyriyyəçi göstərənlərə inanmayın"

"Aldanmayın və düzgün ünvanlara müraciət edin. Yetər... İş adamlarının pulu ilə özlərini xeyriyyəçi kimi göstərənlərə inanmayın. Yediyini, yatdığını , aldığını ödəyə bilməyən insanlara necə güvənə bilərsiniz? Bu cür insanlar həm Bakıda, həm də Moskvada var və onlara etimad etməyin. Kim nə etmək istəyirsə, öz adından düzgün ünvana etsin və savabı da özünə yazılsın".

Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkədəki paylaşımında deyib. O bildirib ki, bir çoxları Türkiyədəki zəlzələdə zərər görənlərə kömək adı ilə yardım yığır:

"Rusiyada yaşayan həmvətənlərimiz, aldanmayın. Kiməsə yardım etməyə gücünüz çatırsa, dpvlət tərəfindən təsdiq edilmiş ünvana köçürün. Ya da gedin Rusiyadakı Türkiyə səfirliyinə yardımınızı verin. Adil Karacaya da müraciət edə bilərsiniz, sizə düzgün ünvan göstərəcək. Fürsətçi, saxtakar insanlara şərait yaratmayın. Pandemiya ərəfəsində gördük kimlər pulu hara xərcləyir". 

https://www.youtube.com/watch?v=TczUhei_jqI

15:00 - 10 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin