Ankarada sosial mediada canlı yayım açaraq "Zəlzələ olsun" deyən iki qız polis nəzarətinə alınıb.
Asayis.Az türk mediasına istinadən xəbər verir ki, bir neçə gündür hamının paylaşıb, tənqid etdiyi qızların harada yaşadığı müəyyənləşdirilib.
"Allahım sən bu ölkəyə bir daha zəlzələ nəsib eylə. İnşallah, yenə zəlzələ olsun, buralar yerlə bir olsun" deyən qızlar Ankarada polis bölməsinə aparılıb.