Mətanət İsgəndərlinin də qohumları zəlzələdə həlak olub

 Mətanət İsgəndərlinin də qohumları zəlzələdə həlak olub

Əməkdar artist Mətanət İsgəndərli qohumlarının Türkiyədə Kahramanmaraşda baş verən zəlzələdə həlak olduğunu deyib. 

Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, qızı Ülkərin ailə qurduğu Enginin xalası da zəlzələ olan bölgədə yaşayır:

"Qızlarının birinin 10, digərinin isə 12 yaşı var idi. İki uşaq da ölüb. Bircə oğul övladları qalıb. Ata, ana o qədər səbrlidirlər ki... Deyirlər, biz sevinirik ki, qızlarımın ikisi də bir yerdədirlər, darıxmayacaqlar. Gör, ana nə deyir. Onunla özünə toxtaxlıq verir. Özü də övladlarına necə bağlı ailə idi".

14:13 - 10 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin