Narkotikdən istifadə edib, maşın sürdü - Sürücülük hüququndan məhrum edildi

 Narkotikdən istifadə edib, maşın sürdü - Sürücülük hüququndan məhrum edildi

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub.

Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən fevralın 9-da saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Rüstəm Müslümovun idarə etdiyi “Haval” markalı avtomobil işıq cihazlarından düzgün istifadə edilmədiyi üçün saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün sənədlərinə baxış zamanı onun narkotik vasitənin təsiri altında olması müəyyən olunub və avtomobil duracağa yerləşdirilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddələrinə əsasən protokol tərtib olunub.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə R.Müslümov iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə səkkiz gün müddətinə inzibati qaydada həbs olunub.

14:21 - 10 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin