Salyanda partlayış zamanı xəsarət alanların son durumu açıqlanıb

 Salyanda partlayış zamanı xəsarət alanların son durumu açıqlanıb

Salyanda qaz partlayışı nəticəsində bir ailənin 3 üzvü yanıq xəsarətləri alıb.

Hadisə Qarabağlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənddə Qurbanovlar ailəsinə məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub.

Nəticədə bir ailənin üç üzvü - 1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı və ailənin övladı, 2001-ci il təvəllüdlü Qurbanov Mikayılov Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumatda bildirilib ki, rayonun Qarabağlı kəndində baş hadisə zamanı xəsarət alanlardan birinin vəziyyəti ağır, iki nəfərin vəziyyətlərinin isə orta-ağırdır:

"Hadisə zamanı xəsarət alan, ailə başçısı Zaur Qurbanovun vəziyyəti ağırdır. Digər xəsarət alanlar ana və oğlunun vəziyyəti orta-ağırdır. Xəsarət alan şəxslərə xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilib, onların müayinə və müalicələri davam etdirilir". 

12:20 - 7 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin