"Omicron" ştamı ilə bağlı yoluxma sayında yüksək artım görünür.
Bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, görüləcək tədbirlər eynidir.
"Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər", - H.Harmançı deyib.
O qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır. Qapanmaların lokal şəkildə həyata keçirilməsi tövsiyə olunur.