Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarının zəlzələdə zərərçəkmiş uşaqlara müvəqqəti qoruyucu ailə olmaq üçün müraciət etməsinin mümkünlüyü barədə sorğunu müsbət cavablandırsa da daha sonra səfirlik əməkdaşı Teleqraf.com-la əlaqə saxlayaraq bildirib:
"Türkiyə hüdudlardan kənarda ölkələrdən qoruyucu ailə tələbi ilə bağlı hər hansı təlimat yoxdur".
Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi açıqlama yayıb. Açıqlamada deyilir:
"Uşaqlarımızın ölkə hüdudlarından kənarda qoruyucu ailəyə və ya övladlığa verilməsi heç bir şəkildə müzakirə mövzusu deyil".