Köhnə maşınla Türkiyəyə yardım aparana avtomobil hədiyyə edildi

 Köhnə maşınla Türkiyəyə yardım aparana avtomobil hədiyyə edildi

Qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edilib.

Asayis.Az xəbər verir ki, Sərvər Bəşirli adlı şəxs bu gün "MTV”-də yayımlanan "Ümid ilə gəl" televiziyasına dəvət olunub.

Aparıcı Tarix Əliyev ona yeni avtomobilin alınması üçün yardım kampaniyası başlatdığını deyib.

Verilişə bağlanan Rusiyada yaşayan iş adamlarından biri Sərvər Bəşirliyə avtomobil hədiyyə etdiyini bildirib.

Avtomobilin açarı birinci gün Sərvər Bəşirliyə hədiyyə ediləcək.

14:35 - 9 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin