Bir günə 63 kilodan çox narkotik ələ keçirildi

 Bir günə 63 kilodan çox narkotik ələ keçirildi

Ötən gün külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən Asayis.Az-a verilən məlumata görə, polis əməkdaşlarının fevralın 8-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 63,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 36 kiloqrama yaxın heroin, 19,4 kiloqramdan artıq marixuana, 9 qram tiryək, həmçinin 8 kiloqramdan çox metamfetamin və 40 ədəd metadon həbi olub.

12:30 - 9 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin