Bakıda polis maşını minik avtomobili ilə toqquşub - FOTO

 Bakıda polis maşını minik avtomobili ilə toqquşub - FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi olub.

Asayis.az apa-ya istinadən xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, "Honda" markalı minik avtomobili Daxili İşlər Nazirliyinin mühafizə polisinə məxsus “Hyundai” markalı avtomobillə toqquşub.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.

09:55 - 9 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin