Mingəçevirdə narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldılar

 Mingəçevirdə narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldılar

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 9 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Asayis.az-a verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı - Elnur Muxtarov, Səlim Səfərov, Bəxtiyar Kərimov, Zaur Şirinov, Sahil Yusifov, Zaur Rzayev, Elşən Mustafayev, Rəşvin Yusifov və Kamal İbrahimov saxlanılıblar.

Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif növ narkotik vasitələr - heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

14:10 - 8 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin