Azərbaycanda axtarışda olan 121 nəfər saxlanıldı

 Azərbaycanda axtarışda olan 121 nəfər saxlanıldı

Fevralın 7-də ölkədə qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Asayis.Az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

13:22 - 8 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin