Məktəbdən çıxan şagird itkin düşdü

 Məktəbdən çıxan şagird itkin düşdü

Bakıda məktəbli itkin düşüb.

Asayis.Az xəbər verir ki, 2019-cu ildən 1 saylı uşaq evində yaşayan, Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 saylı tam orta məktəbin 4-cü sinif şagirdi, 2010-cu il təvəllüdlü M.Rzayev fevralın 6-da məktəbdən çıxıb və bir daha geri qayıtmayıb.

Bildirilib ki, şagird həmin gün təhsil aldığı məktəbdə birinci dərsdən çıxdıqdan sonra itkin düşüb.

Faktla bağlı Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma və əməliyyat axtarış tədbirləri aparılır.

***

Bakıda 4-cü sinif şagirdinin itkin düşməsilə bağlı rəsmi açıqlama yayılıb.

220 nömrəli məktəb-liseydən “Qafqazinfo” ya verilən məlumata da bildirilib ki, itkin düşən şagird fərdi təhsil sinfində təhsil alırmış:

“Fevralın 6-da 220 nömrəli məktəb-liseyin 4t (fərdi təhsil) sinfində təhsil alan 1 nömrəli Uşaq evinin sakini (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) birinci dərs bitdikdən sonra tənəffüs zamanı məktəbin digər korpusuna keçərək binadan çıxıb və məktəb ərazisini tərk edib. Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına və Uşaq evinə məlumat verilib”.

13:10 - 8 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin