Rusiyada qazanacağı pulu zəlzələdə zərər görənlərə bağışlayacaq

 Rusiyada qazanacağı pulu zəlzələdə zərər görənlərə bağışlayacaq

 

Azərbaycan və Rusiyada məşhurlaşan türkiyəli müğənni Adil Karaca fevralın 10-da planlaşdırılan konsertini təxirə salmayacağını deyib. Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı Moskvada planlaşdırılan gecədən əldə edilən gəliri Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə bağışlayacağını söyləyib. 

"Konsertlə əlaqədar çox mesaj alıram. Bir qərar verdim... Türkiyədə insanlar ehtiyac içindədir. Konserti verəcəm və gəlirini oradakı ehtiyacı olanlara çatdıracağam" deyə, Adil bildirib. 

16:53 - 7 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin