Ana və altıaylıq körpəsi 29 saat sonra xilas olundu - FOTO

 Ana və altıaylıq körpəsi 29 saat sonra xilas olundu - FOTO

Türkiyənin Hatay vilayətində axtarış-xilasetmə işləri çərçivəsində 29 saat sonra ana ilə 6 aylıq körpəsi xilas edilib. 

Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 30 yaşlı Hülya Yılmaz və 6 aylıq qızı Ayşe Vera Yılmaz dağıntılar altından sağ çıxarılıblar.

Onlar müalicə üçün xəstəxanaya yerləşdiriliblər.

14:33 - 7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin