Bakıdakı parkomatları yığışdırıb görün hara atıblar - Milyonlar belə çürüyür

 Bakıdakı parkomatları yığışdırıb görün hara atıblar - Milyonlar belə çürüyür

Sosial şəbəkələrdə yayılmış görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən kənd təsərrüfatı yarmarkasında parkomat məzarlığı aşkar olunub. Xatırladaq ki, bu cihazları təxminən 2012-ci ildə icra hakimiyyəti quraşdırmışdı. Hərəsinin yanına da bir işçi təhkim olunmuşdu ki, pul yığımına nəzarət etsin. 
Qeyd edək ki, bu parkomatların istehsalçısı dünyada bu sahədə ən məşhur şirkətlərdən olan  Parkeon S.A. şirkətidir (indi Flowbird). Yəni, ucuz bir avadanlıq deyil. Vaxtilə milyonların xərcləndiyi bu avadanlıqlar indi anbarında çürüyür.

Parklanma haqqında müasir ədəbiyyata baxanda birmənalı tövsiyə olunur ki,  yeni bir sistem qurulursa fiziki infrastrukturdan mümkün qədər az istifadə edilsin, bura parkomatlar da aiddir. 
İndi hamının cibində smartfon olduğuna görə, parklanmanın ödənişini elə mobil tətbiqdən etmək olar, məlumat da sistemə düşəcək, kağız qəbzlərə də ehtiyac qalmayacaq.
Məsələn keçən il Kiyev şəhərində  ödənişli küçə parklanması yenidən tətbiq olunanda, onlar parkomatlardan istifadə etməməyə qərar verdilər. Mobil tətbiqə alternativ olaraq sürücülər şəhərin əksər yerində olan ödəniş terminallarından (bizdəki MilliÖn, E-manat və s. kimi) istifadə oluna bilər.

19:51 - 6 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin