Türkiyəli aktrisa Başak Gümülcinelioğlunun anası Türkiyədə baş verən zəlzələdən sonra itkin düşüb.
Asayis.Az xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında yazıb. O, Hatay vilayətinin Antakya bölgəsində qalan anasından xəbər ala bilmədiyini vurğulayıb:
"Hatayın Antakya bölgəsində, Sümerler məhəlləmizdə anamız var, xəbər ala bilmirik. Görən və ya eşidən varsa, xahiş edirəm mənə xəbər versin”.
Xatırladaq ki, bundan əvvəl türkiyəli aktrisa Melisa Aslı Pamuk da Kahramanmaraşda ailəsinin dağıntılar arasında qaldığını açıqlamışdı.
Qeyd edək ki, Başak sonuncu dəfə "Yarqı" serialında rol alıb.
Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, zəlzələ nəticəsində 912 nəfər həlak olub, 5385 nəfər xəsarət alıb.