AXCP-nin rayon sədri bıçaqlanmaya görə saxlanıldı

 AXCP-nin rayon sədri bıçaqlanmaya görə saxlanıldı

Bakıda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Asayis.Az-a bildirilib ki, hadisə fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə baş verib. Naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 43 yaşlı Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 47 yaşlı Zamin Oqtay oğlu Salayev saxlanılıb.

Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Qeyd edək ki, Zamin Salayev AXCP Salyan rayon təşkilatının sədridir.

10:36 - 7 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin