Azərinin konserti bu səbəbdən ləğv olundu

 Azərinin konserti bu səbəbdən ləğv olundu

Xalq artisti Azərinin bu gün Kahramanmaraşda baş tutmalı olan konserti ləğv olunub.

Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında məlumat yayıb. O, zəlzələ səbəbi ilə konsertin təxirə salındığını bildirib:

"Zəng edən, maraqlanan dostlar, diqqətinizə görə, təşəkkür edirəm. Bildiyiniz kimi bu gün Kahramanmaraşdakı konsertimiz üçün yola düşəcəkdik. Səhər 04:30-da Ankarada zəlzələni hiss etdikdən sonra Kahramanmaraşa zəng vurduq və təəssüf ki, xəbəri aldıq. Zəlzələ bölgəsindəki insanlarımız üçün dua edirəm. Sizlərdən də dua etməyi xahiş edirəm. Çox kədərliyəm, Allah yardım etsin, başımız sağ olsun".

Qeyd edək ki, son açıqlanan rəsmi məlumata görə, zəlzələ nəticəsində 284 nəfər həlak olub, 2323 nəfər isə yaralanıb. Bununla yanaşı, 1710 binanın uçduğu, ölü sayının artacağı bildirilib.

18:46 - 6 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin