Mülki müdafiə alayının gənc əsgərləri and içiblər

 Mülki müdafiə alayının gənc əsgərləri and içiblər

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən andiçmə mərasimində əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan edilib.

Mülki müdafiə alayının komandiri Şərif Əsədov gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edib.

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına söz veriblər.


11:53 - 6 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin