Bakıda bir neçə vətəndaşın külli miqdarda pulunu talayan şəxs tutulub

 Bakıda bir neçə vətəndaşın külli miqdarda pulunu talayan şəxs tutulub

Paytaxtda bir neçə vətəndaşın külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə talayan şəxs müəyyən olunaraq saxlanılıb.

Bu barədə Asayis.Az-a DİN-dən məlumat verilib.

Daxil olan müraciətlər əsasında Səbail RPİ-nin 9-cu Polis Bölməsində aparılan araşdırmalarla 2018-2021-ci illər ərzində Bakı şəhər sakini olan 3 nəfərin 9 300, 14 800 və 8 400 manat pullarının dələduzluq yolu ilə talanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Xətai Əlizadə müəyyən olunaraq saxlanılıb. Onun Bakı şəhər sakini olan daha bir nəfəri aldadaraq 14 000 manatını talaması da müəyyən olunub.

14:49 - 6 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin