Gəncədə azyaşlını vuran şəxs saxlanıldı - Video

 Gəncədə azyaşlını vuran şəxs saxlanıldı - Video

Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxsin görüntüləri yayılıb.

Asayis.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, görüntülərdə bir kişi azyaşlı uşağı vurur və zor tətbiq edir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, sosial şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb:

"Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri  tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib. E. Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir".

https://ok.ru/video/4634205358698

10:56 - 6 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin