Keniyada dəvə ölümə səbəb oldu - FOTO

 Keniyada dəvə ölümə səbəb oldu - FOTO

Keniyanın şimal-qərbində ağır yol qəzasında azı 14 nəfər ölüb.

Asayis.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü ölkənin Turkana rayonunun polis rəisi Lemmi Ncira məlumat yayıb.

Onun sözlərinə görə, insanları daşıyan yük maşınının sürücüsü yolda olan dəvə ilə toqquşmadan yayınmaq istəyərkən avtomobili aşırıb.

Qəza nəticəsində 12 nəfər xəsarət alıb.

18:25 - 5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin