Abşeronda 10 yaşlı uşağı avtomobil vurub

 Abşeronda 10 yaşlı uşağı avtomobil vurub

Abşeron rayonunda 10 yaşlı uşağı avtomobil vurub.

Asayis.Az report-a istinadən xəbər verir ki, 2013-cü il təvəllüdlü Məmmədzadə Dünya Emin qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

15:59 - 4 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin