“Bakı-Sumqayıt” qatarında oğurluqla məşğul olan şəxs tutulub

 “Bakı-Sumqayıt” qatarında oğurluqla məşğul olan şəxs tutulub

Bakı-Sumqayıt qatarında oğurluqla məşğul olan şəxs saxlanılıb.

DİN NBPİ-nin Biləcəri Xətt Polis Şöbəsinə yanvarın 28-də Bakı-Sumqayıt sürət qatarında Abşeron rayon sakini M.Mirəhmədova məxsus içərisində noutbuk, mobil telefon, elektrik qidalandırıcısı və 3 ədəd telefon nömrəsi olan çantanın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ş.Dənziyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

12:51 - 5 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin