Dəmiryolundan oğurluq olub.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şabran dəmir yolu stansiyası ərazisindən şirkətlərdən biri üçün xaricdən göndərilmiş 1 ton 700 kiloqram dəmir dayaqları, qayışları, şveller və digər metal oturacaqları oğurlamağa cəhd göstərmiş oranın işçiləri olan Şabran rayon sakinləri - yük qəbul edicisi F.Mahmudov, post növbətçisi X.Kazımov, qatar tərtibatçısı E.Ağayev və yük-qatar təhvil vericisi Z.Ağarzayev saxlanılmışlar. Araşdırma aparılır.