Bakıda bu günlərdə qar yağacaq və şaxta olacaq - XƏBƏRDARLIQ!

 Bakıda bu günlərdə qar yağacaq və şaxta olacaq - XƏBƏRDARLIQ!

Növbəti həftə Bakıda havanın temperaturunun qeyri-sabit keçəcəyi gözlənilir.

Asayis.azın məlumatına görə, fevralın 8-i və 9-da Bakıda və Abşeron yarımadasında qar yağacağı proqnozlaşdırılır.

Havanın temperaturu 8-i və 9-u gecə saatlarında 0 dərəcə təşkil edəcək. Gecədən etibarən qar yağacağı ehtimal edilir.

Fevralın 10-da qarın kəsiləcəyi gözlənilsə də gecə havanın temperaturunun 1 dərəcə şaxta təşkil edəcəyi proqnozlaşdırılır.

11:13 - 4 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin