Ramin Bayramlı uzun müddət sonra üzə çıxdı - FOTO

 Ramin Bayramlı uzun müddət sonra üzə çıxdı - FOTO

TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonra ilk dəfə ictimai tədbirdə görünüb.

Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, Ramin Bayramlı hazırda fəaliyyətinə Azərbaycan Tibb Universitetinin (ATU) Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində davam edir. O, yanvarın 27-də ATU-nun professoru Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak edib. 

Eyni zamanda tədbirdə yubilyara Ramin Bayramlı tərəfindən hədiyyə təqdim olunub.

Xatırladaq ki, R.Bayramlı 2021-ci ilin sentyabrın 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub. Bu, həmin tarixdən sonra R.Bayramlının mediada yayımlanan ilk fotolarıdır.

20:00 - 3 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin