Fevralın 2-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri N.Urşanova və S.Süleymanova vurulub. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Qafarov saxlanılıb. Araşdırma aparılır.