İranda qonaq məşqçi Andrea Stramaccioni polislər tərəfindən döyüldü - VİDEO

 İranda qonaq məşqçi Andrea Stramaccioni polislər tərəfindən döyüldü - VİDEO

İranda “İstiqlal” futbol klubunun məşqçisi portuqaliyalı Andrea Stramaccioni polislər tərəfindən döyülüb.

Asayis.Az xəbər verir ki, bu barədə İran mediası xəbər yayıb.

Bildirilir ki, hadisə “İstiqlal” və “Mes-Kerman” futbol klublarının qarşılaşması zamanı baş verib. Belə ki, hakim “İstiqlal”ın məşqçisinə qırmızı kart göstərərək onu stadiondan uzaqlaşdırdığı vaxt, fars molla rejiminin hüquq-mühafizə orqanlarının əməkdaşları ona arxadan hücum ediblər.

Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.

https://baku.tv/dunyaa/iranda-qonaq-mesqci-andrea-stramaccioni-polisler-terefinden-doyulub

18:33 - 3 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin