“Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) sualların satılması ilə bağlı əsassız şayiə yayılıb”.
Bunu Naxçıvan DİM-in sözçüsü Məmməd Babayev Baku TV-yə bildirib.
O, qeyd edib ki, DİM-in fəaliyyəti ilə bağlı vaxtaşırı olaraq sosial şəbəkələrdə əsassız informasiyalar yayılır:
“Hazırda hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparır. DİM də bunun tərəfdarıdır ki, araşdırma aparılsın və obyektiv nəticə çıxarılsın”.
***12:23
Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) yoxlamalar başlayıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, mərkəzdə hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar keçirilir.
Yoxlamaların səbəbinin 2022-ci ilin dekabr ayında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahan sualların satılması iddiası ilə bağlı olduğu bildirilir.
Məlumatı Naxçıvan DİM-in mətbuat katibi Məmməd Babayev təsdiq edib.