Naxçıvan DİM-in rəsmisi qurumdakı yoxlamalardan DANIŞDI

 Naxçıvan DİM-in rəsmisi qurumdakı yoxlamalardan DANIŞDI

“Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) sualların satılması ilə bağlı əsassız şayiə yayılıb”.

Bunu Naxçıvan DİM-in sözçüsü Məmməd Babayev Baku TV-yə bildirib.

O, qeyd edib ki, DİM-in fəaliyyəti ilə bağlı vaxtaşırı olaraq sosial şəbəkələrdə əsassız informasiyalar yayılır:

“Hazırda hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparır. DİM də bunun tərəfdarıdır ki, araşdırma aparılsın və obyektiv nəticə çıxarılsın”.

***12:23

Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) yoxlamalar başlayıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, mərkəzdə hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar keçirilir.

Yoxlamaların səbəbinin 2022-ci ilin dekabr ayında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahan sualların satılması iddiası ilə bağlı olduğu bildirilir.

Məlumatı Naxçıvan DİM-in mətbuat katibi Məmməd Babayev təsdiq edib.

15:55 - 3 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin