Bakıda binaların həyətlərinin giriş-çıxışlarına qoyulmuş süni maneələr sökülür

 Bakıda binaların həyətlərinin giriş-çıxışlarına qoyulmuş süni maneələr sökülür

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (FHN DYNX) vətəndaşlar tərəfindən yaşayış, eləcə də digər təyinatlı binaların həyətlərinə giriş-çıxışların və keçidlərin süni maneələrlə bağlanmasına qarşı qanunamüvafiq tədbirlər davam etdirir.

Növbəti qanunamüvafiq tədbir Bakı şəhəri Nizami rayonu ərazisində həyata keçirilir.

Qeyd edək ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır.


16:46 - 4 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin