Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

 Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Asayis.az apa-ya istinadən xəbər verir ki, qəza Mirzəağa Əliyev küçəsində baş verib.

Belə ki, yüksək sürətlə “Mercedes” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın eyni istiqamətdə olan “Toyota”-ya çırpılıb. Ardıcıl olaraq “Toyota” eyni yolda olan “Hyundai”-a və digər “Toyota” markalı maşınlara dəyib.

Qəza nəticəsində “Mercedes” və “Toyota” markalı avtomobillərin iki sərnişini xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

11:23 - 3 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin