Bakıda mikroavtobusun iştirakı ilə dəhşətli qəza - ANBAAN VİDEO

 Bakıda mikroavtobusun iştirakı ilə dəhşətli qəza - ANBAAN VİDEO

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hadisə ötən gecə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəza zamanı VAZ-2107 markalı avtomobil ilə mikroavtobus toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəsmisi baş inspektor, polis mayoru Araz Əsgərli bildirib ki, qəzada VAZ-2107 markalı avtomobilin sürücüsü xəsarət alıb:

“Xəzər Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. Ölüm faktı qeydə alınmayıb”.

https://baku.tv/hadise/bakida-mikroavtobusun-istiraki-ile-dehsetli-qeza

12:54 - 2 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin