Türkiyənin Sakarya vilayətində dəhşətli hadisə baş verib.
Asayis.Az TGRT haber-ə istinadən xəbər verir ki, qadın, dini nikahla evləndiyi ərinin barışıq təklifini qəbul etmədiyi üçün həmin şəxsin hücumuna məruz qalıb.
Qəzəbli kişi qadının sifətinə bıçaq xəsarətləri yetirib. Aldığı bıçaq zərbələri ilə qanlar içində qalan qadının xəstəxanaya aparılarkən çəkilmiş kadrları kameralara əks olunub.