Qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb.
Asayis.Az İctimai TV-yə istinadən xəbər verir ki, şübhəli şəxsdə axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd atəşə yararlı "Kalaşnikov" markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.
Əlinin üzərinə "Faşizm" simvolunu həkk edən keçmiş məhkum silahının olmasına özünəməxsus tərzdə bəraət qazandırıb.
"Silahdır lazım olar. Kişinin silahı olar", - deyə o, ifadəsində bildirib.
Ətraflı süjetdə:
https://www.youtube.com/watch?v=CB8LgVOekuM&t=1s