Sumqayıtdakı qətli törədən 22 yaşlı gənc saxlanıldı

 Sumqayıtdakı qətli törədən 22 yaşlı gənc saxlanıldı

Dünən Sumqayıt şəhərində 52 yaşlı Sədiyar Novruzovu qətlə yetirən şəxs saxlanılıb.

Prokurorluqdan verilən məlumata görə, onu qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərli şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci  (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

10:40 - 4 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin