Qanunsuz fəaliyyət göstərən 5 ağac kömürü istehsal edən müəsisə aşkarlanıb - FOTO

 Qanunsuz fəaliyyət göstərən 5 ağac kömürü istehsal edən müəsisə aşkarlanıb - FOTO

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Qəbələ və İsmayıllı rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Asayis.az-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayon sakinləri Ədalət Əmrəliyev, Şakir İmanquliyev, İsmət Həsənov, Qəbələ rayon sakini Hacıağa Məmmədov və İsmayıllı rayon sakini Piralı Əkbərov olduğu müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

Xidmət rəsmisi qanunsuz kömür istehsalı ilə məşğul olan vətəndaşları bu kimi hallara yol verməməyə, belə hallarla rastlaşan şəxsləri isə Nazirliyin “168 Çağrı Mərkəzi”nə məlumat verməyə çağırıb.

18:46 - 31 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin