Ermənistanda 15 hərbçinin ölümünə görə yüksəkrütbəli şəxs saxlanıldı

 Ermənistanda 15 hərbçinin ölümünə görə yüksəkrütbəli şəxs saxlanıldı

Ermənistanda hərbi hissədə 15 əsgərin ölümü ilə nəticələnən yanğınla əlaqədar daha bir hərbi qulluqçu həbs edilib.

Asayis.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş Prokurorluğu yayıb.

Məlumata görə, prokurorluq yanvarın 30-u "N" saylı hərbi hissənin yanğından mühafizə və xilasetmə xidmətinin rəisi mayor M.S. barəsində cinayət işi başladıb. Mayor vəzifə öhdəliklərinə qarşı səhlənkar yanaşmaqda ittiham olunur. O, bu gün saxlanılıb.

Xatırladaq ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrdən birinin kazarmasında baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb.

13:10 - 31 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin