Gəncədə avtomobil 3 piyadanı vuraraq binaya çırpılıb - FOTO

 Gəncədə avtomobil 3 piyadanı vuraraq binaya çırpılıb - FOTO

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan “Chevrolet Cruze” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarı ilə gedən 3 qadını vurub. Daha sonra avtomobil 5 mərtəbəli binaya çırpılıb.

Qəza zamanı sürücü və 3 qadın piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.


18:55 - 3 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin