Bakıda gənc oğlan itkin düşüb. Asayis.Az report-a istinadən xəbər verir ki, hadisə yanvarın 27-də Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Rəhmətulin Nihat Sənan oğlu yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.