Bakıda velosipedçinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza Neftçilər prospektində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, "Toyota" markalı minik maşınının sürücü diqqətsiz davranaraq yol kənarında hərəkət edən velosipedçiyə toxunub.
Nəticədə xanım velosipedçi yola yıxılıb. Hadisə yerinə gələn ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşı xanıma ilkin yardım göstərib, onunla psixoloji söhbətlər aparıb.
Polisin bu nümunəvi davranışı sosial şəbəkələrdə də alqışlanıb.