Polis 57 yaşlı Qax rayon sakinini axtarır

 Polis 57 yaşlı Qax rayon sakinini axtarır

Qaxda 57 yaşlı kişi itkin düşüb.
Qax rayonunun Qaxbaş kənd sakini 57 yaşlı Abdulla Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 155 sm, arıq bədən quruluşlu, saçlarının rəngi sarımtıl, gözləri qəhvəyidir. Evdən çıxarkən üzərində qara rəngli şalvar, gödəkçə və ayaqqabı  olub.
Həmin şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)255-23-52 şəhər və (077) 304-54-44 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

16:54 - 3 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin