Bakıda gənc oğlan itkin düşüb - FOTO

 Bakıda gənc oğlan itkin düşüb - FOTO

Bakıda 29 yaşlı gənc oğlan itkin düşüb.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli 2022-ci il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb:

"Onun yaddaş pozğunluğu olması ehtimal edilir. Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə, (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur".

13:42 - 30 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin